251 Şəhid, minlərlə yaralı – Türkiyə xalqının qəhrəmanlıq salnaməsi
15.07.2025 11:04
705
Siyasət
A
251 Şəhid, minlərlə yaralı – Türkiyə xalqının qəhrəmanlıq salnaməsi

Bu gün Türkiyədə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə legitim hakimiyyəti hərbi yolla ələ keçirmək cəhdinin doqquzuncu ildönümüdür. Doqquz il əvvəl qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlət çevrilişi cəhdinin qarşısını aldı. Məhz bu qəhrəmanlıq nəticəsində Türkiyə dövləti təlatümlərdən və tənəzzüldən xilas oldu.

Aktual.ge xatırladır ki, bu qanlı hadisə ilə əlaqədar təsis edilən 15 İyul - Demokratiya və Milli Birlik Günü qəhrəman türk xalqının Vətəninə və dövlətinə bağlılığının təcəssümüdür. Həmin gün cəsur insanlar öz canlarını fəda edərək dövlətin devrilməsinə, ölkədə vətəndaş müharibəsinin başlamasına imkan vermədilər. Hərbi qiyamçılar xalqın gücü qarşısında acizliklə təslim oldular.

FETÖ terror təşkilatının törətdiyi dövlət çevrilişi cəhdi Türkiyə xalqının qan yaddaşında acı izlər buraxıb. Hərbi çevrilişə cəhd nəticəsində 251 nəfər şəhid olub, 2 196 nəfər isə yaralanıb. Qədirbilən türk xalqı qəhrəman övladlarının xatirəsini həmişə əziz tutur. Uzun illər dövlət içində paralel hakimiyyət kimi mövcud olan FETÖ ünsürlərinin hazırda dövlət strukturlarından təmizlənməsi mühüm fəaliyyətdir. Baş verən proseslər FETÖ-ya ağır zərbə oldu.

Bu gün 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyənin daxilində və xaricindəki diplomatik təmsilciklərin vasitəsi ilə çoxsaylı tədbirlər də keçirilir, şəhidlər yad edilir və onlar üçün dualar edilir. 

Qeyd edək ki, Gürcüstan dövlətidə hadisənin ilk anlarında Türkiyədə dövlət çevrilişinə cəhdi böyük narahatlıqla qarşılamış, qəhrəman türk xalqına dəstəyini ifadə etmişdir. Həmin dövrdə Baş nazir Giorgi Kvirikaşvili və bərabərində 6 nazirlə birlikdə (19 iyul) Türkiyəyə rəsmi səfər etdi. 15 İyul tarixində Türkiyədəki uğursuz çevriliş cəhdindən dərhal sonra reallaşan bu ziyarət, iki ölkə arasındakı dostluğun və strateji tərəfdaşlığın, Gürcüstanın Türkiyədəki demokratiya və demokratik yolla seçilmiş hökuməti dəstəkləməsinin konkret göstəricisini təşkil ediridi. Həmin dövrün Baş naziri Giorgi Kvirikaşvili Gürcüstan hökuməti və dövləti adına 15 iyul gecəsi Türkiyədə baş verən hadisələri yaxından izlədiklərini və bu çərçivədə çevriliş cəhdinin uğursuzluğundan çox məmnun olduqlarını bildirmişdi və baş verənləri şiddətlə qınadığını vurğulamışdı.

ŞƏRH YAZ
4