Parlamentin sədri Avropa İttifaqını sərt sözlərlə tənqid etdi
15.07.2025 15:32
405
Siyasət
A
Parlamentin sədri Avropa İttifaqını sərt sözlərlə tənqid etdi

"Avropa İttifaqının vətəndaşları buna baxmalı və qərar verməlidirlər – istərdilərmi ki, Brüsseldəki bu cür bürokratlar onları Sovet İttifaqına doğru aparsınlar? Belə bürokratlar ki, müstəqil ölkəyə, müstəqil ədalət mühakiməsinə, müstəqil hakimlərə təhdidlər yağdırırlar? Eşitdiklərimiz utancvericidir".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Parlamentin sədri Şalva Papuaşvili Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Gürcüstanla bağlı verdiyi müvafiq bəyanata cavab verib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Aİ-nin səfiri izahat verməlidir.

“Bir neçə gün öncə 'Gürcü Arzusu'nun siyasi şurası açıq məktub yaydı və bu məktub bu gün Aİ-nin ali nümayəndəsi də daxil olmaqla eşitdiklərimizlə tam uyğun gəlir. Bu, dediklərimizin birbaşa sübutudur. Təəssüf ki, Gürcüstan dövlətinə və xalqına qarşı bu aqressiv ritorika, böhtan xarakterli və dezinformasiyalı hücumlar, sovet üslubunda təhdidlər, bu gün Kaya Kallasın dilindən eşitdiyimiz təhdidlər, – o bu gün iki gürcü hakimə sanksiyalarla hədə-qorxu gəldi, – Brüsselin tutduğu acınacaqlı yoldur. Avropa İttifaqının vətəndaşları buna baxmalı və qərar verməlidirlər – istərdilərmi ki, Brüsseldəki bu cür bürokratlar onları Sovet İttifaqına doğru aparsınlar? Belə bürokratlar ki, müstəqil ölkəyə, müstəqil ədalət mühakiməsinə, müstəqil hakimlərə təhdidlər yağdırırlar? Eşitdiklərimiz utancvericidir. Aİ-nin səfiri adətən izah verməyə ehtiyac görmür, amma bu dəfə o, izahat verməlidir" , - deyə Şalva Papuaşvili qeyd edib.

O əlavə edib ki, Kaya Kallas Aİ adından Gürcüstan ədalət sistemindən əvvəlki hücumlara görə üzr istəməli olduğu halda, bu gün gürcü hakimlərinə böhtan atır və onlara müxtəlif cəza tədbirləri ilə hədə-qorxu gəlir.

Xatırladaq ki, bu gün, 15 iyul tarixində Brüsseldə, Avropa İttifaqının Xarici İşlər Nazirləri Gürcüstanla bağlı toplaşdığı iclasda, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Kaja Kallas bəyan edib ki, artıq “Gürcü Arzusu”na göndəriləcək ultimatum məktub hazırdır. Onun sözlərinə görə, Aİ-nin Gürcüstanla bağlı hazırladığı sanksiya siyahısına hakimlər də daxildir.

ŞƏRH YAZ
15