Kateqoriyalar
Baş Prokurorluğun yaydığı məlumata görə, Davit Çxartişvili Kvemo Kartli bölgəsinin yeni prokuroru vəzifəsinə təyin edilib.
Aktual.ge xəbər verir ki, o, daha əvvəl Şida Kartli, Mtsxeta-Mtianeti bölgələrinin prokuroru kimi fəaliyyət göstərib.
Bununla yanaşı, Tbilisi, Şida Kartli və Mtsxeta-Mtianeti regional prokurorluqlarına da yeni rəhbərlər təyin olunub.
Təqdimat paytaxt Tbilisi Baş Prokurorluğun binasında baş tutub. Yeni prokurorları Baş Prokuror Giorgi Qvarakidze təqdim edib.