Səhiyyə Nazirliyindən əhaliyə mühüm xəbərdarlıq
17.07.2025 02:04
1446
Maraqlı
A
Səhiyyə Nazirliyindən əhaliyə mühüm xəbərdarlıq

Səhiyyə Nazirliyi əhaliyə, xüsusilə də risk qrupunda olan şəxslərə – yenidoğulmuşlara, hamilə qadınlara, yaşlılara, xroniki xəstəlikləri olanlara və açıq havada çalışanlara isti havalarda sağlamlıq üçün vacib tövsiyələrə əməl etməyə çağırır.

Aktual.ge xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat verib.

Qurum isti yay günlərində risk qrupları üçün riayət edilməli olan tövsiyələrlə bağlı əhaliyə xəbərdarlıq edib.

– Yüksək temperatur hər kəs üçün təhlükəlidir, lakin yuxarıda sadalanan qruplar daha həssasdır;

– Xroniki xəstəliyi olanlar və dərman qəbul edənlər dərman dozası ilə bağlı mütləq həkimlə məsləhətləşməlidirlər;

– Alkoqol, şəkərli və kofein tərkibli içkilərdən, yüksək zülallı qidalardan çəkinmək lazımdır;

– Otaq temperaturunun gündüz saatlarında 32°C, gecə isə 24°C-dən artıq olmaması tövsiyə olunur.

Uşaqlarla bağlı nazirlik xüsusi olaraq vurğulayır ki:

– İsti hava susuzlaşma, qıcolma və qan dövranının pozulmasına səbəb ola bilər;

– Belə simptomlar (huşunu itirmə, qusma, davranış dəyişiklikləri və s.) müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir;

– Uşaqlar heç bir halda, hətta sərin havada belə, bağlanmış avtomobildə tək qoyulmamalıdır.

İctimai sağlamlığın qorunması məqsədilə həmçinin aşağıdakı tövsiyələr verilir:

– Filtrasiya olunmamış sudan istifadə etməkdən, durğun göllərdə və çaylarda çimməkdən çəkinin;

– Həşəratların (ağcaqanad, gənə və s.) dişləmələrinə qarşı ehtiyatlı olun və uyğun qoruyucu vasitələrdən istifadə edin;

– Qida gigiyenasına riayət edin, tez xarab olan məhsulları isti mühitdə saxlamayın;

– Açıq rəngli, hava keçirmə qabiliyyəti olan geyimlər geyinin, bol maye qəbul edin və ağır fiziki işlərdən uzaq durun.

ŞƏRH YAZ
2