Tbilisidə, Gürcüstan – Türkiyə və Bolqarıstan oyunlarına bilet satışı başlayır
01.08.2025 14:59
1278
İdman
A
Tbilisidə, Gürcüstan – Türkiyə və Bolqarıstan oyunlarına bilet satışı başlayır

Dünya çempionatının seçmə mərhələsinin oyunlarına bilet satışı 4 avqustdan başlayacaq.

Aktual.ge xəbər verir ki, Gürcüstan yığması sentyabr ayında dünya çempionatının seçmə mərhələsində iki ev oyunu keçirəcək – 4 sentyabrda Türkiyəni, 7 sentyabrda isə Bolqarıstanı qəbul edəcək. Hər iki oyun “Dinamo Arena”da keçiriləcək.

Biletlərin satışı 4 avqust saat 12:00-da başlayacaq və yalnız onlayn rejimdə, biletebi.ge saytında satışa çıxarılacaq.

Gürcüstan – Türkiyə matçına bilet satışı 4 avqustda, Gürcüstan – Bolqarıstan oyununa isə 7 avqustda başlayacaq. Hər iki matç üçün 20, 40, 70 və 100 lari dəyərində dörd kateqoriyada bilet mövcud olacaq. Hər bir istifadəçi hər oyun üçün maksimum üç bilet ala biləcək.

Təhlükəsizlik tədbirlərinə görə, qonaq komandanın azarkeşləri üçün ayrılmış birinci mərtəbənin 9 və 10-cu sektorlarında gürcü azarkeşlər üçün bilet satışı həyata keçirilməyəcək.

ŞƏRH YAZ
8