Marneulidən olan gənclər Kərbəlada
07.08.2025 12:51
354
Siyasət
A
Marneulidən olan gənclər Kərbəlada "Borçalı Xeyməsi" qurub - VİDEO

Marneulidən olan bir qrup gənc, İraqın Kərbəla şəhərində İmam Hüseynin Ərbəin ziyarəti münasibətilə zəvvarlara ehsan paylayır.

Onlar Marneuli xalqının dəstəyi ilə Kərbəlada, 387 nömrəli sütun yaxınlığında qurduqları və "Borçalı Xeyməsi" adını verdikləri stenddə artıq iki gündür fəaliyyət göstərirlər.

Səhər saatlarında ziyarətçilərə çay, axşam saatlarında isə təxminən 200 kabab hazırlanaraq təqdim olunur.

Bildiirlib ki, stenddə istirahət etmək istəyənlər üçün həm yatmaq, həm də digər zəruri ehtiyaclar üçün lazım olan şərait yaradılıb.

Bildirilib ki, avqustun 12-dək onlar xeyriyyə işlərini davam etdirəcəklər.

 

ŞƏRH YAZ
0