Baş nazir kameralar qarşısında dedi: Bəzi bələdiyyələrə yeni simalar lazımdır
07.08.2025 23:49
505
Siyasət
A
Baş nazir kameralar qarşısında dedi: Bəzi bələdiyyələrə yeni simalar lazımdır

Baş nazir İrakli Kobaxidze bildirib ki, bələdiyyələr üzrə mer namizədləri üzrə artıq məsləhətləşmələr başa çatıb.

Aktual.ge xəbər verir ki, o, Tbilisidə "Gürcü Arzusu"nun mərkəzi qərargahında Tbilisi rayonları üzrə majoritar namizədlərin təqdim edilməsindın sobra jurnalistlərə müsahibəsində belə deyib.

Baş nazir diqqətə çatdırıb ki, avqustun 11-i ölkə üzrə bələdiyyələrin mer namizədləri açıqnacaq.

Onun sözlərinə görə, bəzi bələdiyyələrə yeni simalar lazımdır.

“Yəqin ki, bazar ertəsi günü ölkə üzrə bütün mer namizədlərini birlikdə təqdim edəcəyik. İki əsas klassik meyar var: kompetensiya və vicdanlılıq. Hər bir mer namizədi məhz bu meyarlara uyğun seçiləcək. Bizə effektiv idarəetmə lazımdır. Əksər merlər öz vəzifələrində qalırlar. Bu, bizim qərarımızdır. Lakin bəzi bələdiyyələrdə yeni simalar, yeni namizədlər olacaq. Biz əminik ki, 63 regional bələdiyyənin hamısında bizim namizədlər qalib gələcəklər”, - deyə İrakli Kobaxidze qeyd edib

ŞƏRH YAZ
17