Kənan Ömərov 8 Avqust anım mərasimində iştirak etməyib | Mer haradadır?
08.08.2025 15:45
1957
Siyasət
A
Kənan Ömərov 8 Avqust anım mərasimində iştirak etməyib | Mer haradadır?

Bu gün 8 avqust 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsinin 17-ci ildönümü münasibətilə rayon rəhbərliyi Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların abidəsi önünə gül dəstələri qoyublar və onların xatirəsini ehtiramla yad ediblər.

Aktual.ge xəbər verir ki, qəhramanların xatirəsini yad etmə mərasimində Parlamentin üzvü Zaur Darğallı, Marneuli merinin birinci müavini Roin Dekanoidze, mer müavinləri Temur Şubitidze və Zurab Panqani, Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze və müavinləri iştirak edib.

Şəhər meri Kənan Ömərovun iştirak etməməsi isə suallar doğurub.

Marneuli merinin mətbuat xidmətinin rəisi Davit Çikadze Aktual.ge xəbər portalının sorğusuna cavab olaraq bildirib ki, "Kənan Ömərov məzuniyyətdədir".

 მარნეულის მუნიციპალიტეტის მერია / Marneuli Municip:
ŞƏRH YAZ
0