ABŞ, Azərbaycan və Ermənistan liderləri “Trampın beynəlxalq sülh və rifah marşrutu”nun yaradılması barədə saziş imzalayıblar.
Aktual.ge xəbər verir ki, Ağ Evdə rəsmi sənədin imzalanmasından sonra Tramp deyib:
“Bu, həqiqətən də böyük gündür. Bizim başqa böyük elanlarımız da var, amma onlar barədə danışmaq istəmədim, çünki bu gün baş verənlərin ən azından bir qədər də olsa kölgədə qalmasını istəmirdim. Ölüm və nifrət dolu 35 il və indi isə birlikdə sevgi, hörmət və uğur olacaq. Düşünmürəm ki, bu, kölgədə qala bilər. Müharibə vardı, bu qədər insan əziyyət çəkdi, bu qədər insan öldürüldü və indi böyük sülhünüz olacaq… Bu, həqiqətən böyük nailiyyətdir. Təbrik edirəm, siz əla liderlərsiniz, tarixə düşəcəksiniz… Bu, həqiqətən çox, çox xüsusi bir hadisədir”.