Paşinyandan etiraf -
10.11.2020 15:21
507
Dünya
A
Paşinyandan etiraf - "Bütün mənbələrin tükəndiyinə görə ordu atəşkəs tələb etdi"
"Bütün mənbələrin tükəndiyinə görə ordu atəşkəs tələb etdi". Aktual.ge xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, əsgərlərin bir hissəsi cəbhə xəttində bütün bir ay ərzində istirahət etmədiyi üçün hərbi mənbələr tam təsirli deyildi. Ermənistan hökumətinin başçısı bildirib ki, Dağlıq Qarabağda yaxın vaxtlarda sona çatması gözlənilən bir sıra toqquşmalar hələ də davam etməkdədir. Ermənistan Müdafiə Nazirliyindən isə bildirilib ki, Dağlıq Qarabağda cəbhə xəttində aktiv döyüş əməliyyatları dayandırılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan dünən axşam saatlarında Rusiya və Azərbaycan prezidentləri ilə Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə müqavilə imzaladığını deeyib. Ermənistan baş nazirinin bəyanatı İrəvanda etirazlarla qarşılanıb. Yüzlərlə insan İrəvanın Respublika Meydanına toplaşıb. Etirazçıların bir hissəsi isə hökumət evinə girib. Etirazçılar Ermənistan parlamentinin sədrinə fiziki zorakılıq tətbiq ediblər. Ermənistan baş naziri daha sonra verdiyi bəyanatda başqa bir seçiminin olmadığını deyib. Razılaşmanın mətni artıq yayımlanıb. Doqquz maddəlik sazişin bəndlərindən birində Dağlıq Qarabağa 2000-ə qədər rus əsgərinin yerləşdirilməsi qeyd olunub.
ŞƏRH YAZ
0