İllərdir Kvemo Kartli bölgəsində internet xidməti göstərən iLink şirkəti, minlərlə abonentin etibarını qazanaraq bölgədə aparıcı provayderlərdən birinə çevrilib.
Mərkəzi ofisi Marneulidə yerləşən iLink, bölgənin dörd bələdiyyəsini, Marneuli, Bolnisi, Dmanisi, Tetritskaro və Qardabanini yüksək sürətli internetlə təmin edir. Şirkət, həmçinin müasir texnologiyalardan istifadə edərək xidmət keyfiyyətini artırmaq və müştəri məmnuniyyətini maksimum səviyyədə saxlamaq məqsədi güdür.
Burada işləyən şirkət operatorları gün ərzində abonentlərdən gələn zəngləri qəbul edir, onların internetlə bağlı problemlərini dinləyir və həll yolları təklif edir. Bəzən abonentlərin internetlə bağlı ciddi problemləri olduğu təqdirdə şirkətin texniki əməkdaşlarını səfərbər edir.
Minlərlə abonentə fasiləsiz internet xidməti təqdim edən iLink, bölgədə rəqəmsal inkişafın təşviqinə də töhfə verir. Şirkətin direktoru Günel Yetirmişli bildirib ki, “iLink” hər gün daha da böyüyür və gündəlik olaraq onlarla yeni abonent şirkətin xidmətlərinə qoşulur.