Kateqoriyalar
Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində Ay market növbəti dəfə qarət olunub.
Hadisə sentyabrın 13-ü səhər saat 5 radələrində baş verib.
İki naməlum, maskalı şəxs marketin giriş qapısını sındıraraq içəri daxil olub və böyük miqdarda siqaret oğurlayıb. İlkin məlumata görə, mağazaya dəymiş zərər təxminən 500 lari təşkil edir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılıb və təhlükəsizlik kameralarının görüntüləri götürülüb.
Əldə edilən məlumata əsasən, hazırda heç kim saxlanılmayıb.
Xatırladaq ki, sözügedən market bu ilin 6 fevral tarixində də qarət edilmişdi.