Müxalif “Vahid Milli Hərəkat” Partiyasının siyasi şurasının sədri Levan Xabeişvili barədə ilkin həbs qətimkan tədbiri seçilib.
Aktual.ge xəbər verir ki, bu qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Pikria Siqturaşvili qəbul edib.
Levan Xabeişvili ilə birlikdə saxlanılan müxalif siyasətçi Murtaz Zodelava barəsində isə həbs qətimkan tədbiri kimi 25 min lari girov təyin olunub.
Məlumata görə, Levan Xabeişvili Rustavi 12-ci penitensiar müəssisəsinə köçürüləcək. Murtaz Zodelava isə məbləği ödədikdən sonra azadlığa çıxacaq.
Məhkəmənin bugünkü iclasında saxlanılanlar barəsində qətimkan tədbirlərinin seçilməsi müzakirə olunub. Müdafiə tərəfi Murtaz Zodelavanın heç bir qətimkan tədbiri olmadan buraxılmasını tələb edib. Levan Xabeişviliyə münasibətdə isə girovun tətbiqi və müxtəlif məhdudlaşdırıcı tədbirlər – elektron qolbaq, ev dustaqlığı, eləcə də bəyanatların verilməsinə məhdudiyyətin qoyulması təklif olunub.