Elektrik və qaz kəsildi, yollar bağlandı | Təbii fəlakət Qabal kəndini iflic etdi - VİDEO
27.09.2025 17:44
568
Hadisə
A
Elektrik və qaz kəsildi, yollar bağlandı | Təbii fəlakət Qabal kəndini iflic etdi - VİDEO

Gecə saatlarından başlayan güclü yağış Laqodexi rayonunun Qabal kəndində “Qabal çayı”nın daşmasına səbəb olub. Çay öz məcrasından çıxaraq kəndi bir anda suyun hökmranlığı altına alıb.

Bir sıra evlərin birinci mərtəbələri və bağlar selin qurbanı olub, meyvə ağacları, əkin sahələri, ev quşları və digər ev heyvanları tələf olub. Qabal elini iflic vəziyyətinə gətirən təbii fəlakət nəticəsində hazırda kəndə giriş-çıxış məhdudlaşıb və Laqodexi rayonu ilə əlaqə kəsilib.

Aktual.ge xəbər portalına danışan yerli sakinlər pərişan vəziyyətdə olduqlarını bildirir, dövlətdən yardım istəyir, bir sıra evlərə və əmlaklara ciddi ziyan dəydini söyləyirlər.

Hazırda kənddə səhərdən bəri elektrik və təbii qaz kəsilib, yollar keçilməz hala gəlib, güclü yağış bir sıra nəqliyyat vasitələrinə də ciddi ziyan vurub.

Xatırladaq ki, Milli Ətraf Mühit Agentliyi 26 sentyabr tarixində xəbərdarlıq etmişdi ki, Kaheti bölgəsində güclü yağış gözlənilir.

ŞƏRH YAZ
5