Qabal mahalındakı sonvəziyyət ürəkləri dağlayır | Yerli sakinlər fəryad edir - VİDEO
30.09.2025 00:44
942
Hadisə
A
Qabal mahalındakı sonvəziyyət ürəkləri dağlayır | Yerli sakinlər fəryad edir - VİDEO

27 sentyabr gecəsi başlayan leysan yağış Laqodexi bələdiyyəsinin Qabal mahalında həyatı iflic edib. 

Qabal mahalı ətrafındakı çaylar məcrasından çıxaraq Gəncəli, Uzuntala və Qabal kəndində ciddi fəsadlar törədib.

Sular geri çəkilsə də, dağıntının miqyası dəhşətlidir: bir sıra evlərin birinci mərtəbələri su altında qalıb, avtomobillər və əkin sahələri yararsız hala düşüb. Quşlar və ev heyvanları tələf olub.

Ən acınacaqlısı isə sakinlərin qış üçün topladığı ərzaqların tamamilə məhv olmasıdır. Aylarla yığılan zəhmət bir gecədə leysan sularına qərq olub.

Qabal mahalı indi həm fiziki, həm də mənəvi fəlakətlə üz-üzədir. Aktual.ge xəbər portalına müraciət edən yerli sakinlər fəryad edir və kömək istəyir.

Laqodexi Meriyası Qabal mahalına dəymiş ziyanın qiymətləndirilməsi üçün xüsusi komissiya yaradıb. Vəd olunub ki, yerli əhaliyə yardım göstəriləcək, lakin bunun nə vaxt baş verəcəyi hələ məlum deyil.

Daha ətaflı Aktual.ge xəbər portalının Kaxeti üzrə müxbiri Mahir Süleymanovun video xəbərində:

ŞƏRH YAZ
2