Kateqoriyalar
Qori bələdiyyəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir azyaşlı həyatını itirib.
Aktual.ge xəbər verir ki, hadisə Sakaşeti kəndi yaxınlığında qeydə alınıb.
Yolda hərəkətdə olan avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan iki nəfər xəsarət alıb, bir nəfər isə dünyasını dəyişib. Həlak olan şəxs Sakaşeti kənd orta məktəbinin 11-ci sinif şagirdi olub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı bəndi ilə istintaq aparılır.