Daxili İşlər Nazirliyinin (DİN) Kaxeti Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilən operativ və istintaq tədbirləri nəticəsində ailə üzvünə qarşı qəsdən adam öldürmə ittihamı ilə 1951-ci il təvəllüdlü A.D.-ni saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Telavi bələdiyyəsində, yaşayış evində, məişət zəminində başlayan mübahisə zamanı həyat yoldaşı 1972-ci il təvəllüdlü T.M.-yə soyuq silahdan istifadə edərək döş qəfəsi nahiyəsinə ölümcül yara yetirib.
Polis A.D.-ni isti izlərlə təqsirləndirilən şəxs qismində saxlayıb.
"Hüquq-mühafizə orqanları cinayətdə istifadə olunan bıçağı maddi sübut kimi götürüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 11 prim 109-cu maddəsi üzrə (ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) istintaq aparılır. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur" , - məlumatda deyilir.