Kateqoriyalar
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşı Kobuleti bələdiyyəsinin Çakvi kəndində ölü halda tapılıb.
Aktual.ge məlumat verir ki, bu barədə "Tv Pirveli" telekanalı xəbər yayıb.
Məlumata əsasən, kişidə odlu silahdan açılmış güllə yarası qeydə alınıb.
"Mərhumun meyitini tapan şəxslər hadisə yerində məktub aşkarlayıblar. Məktubun, ehtimal ki, DTX əməkdaşı tərəfindən əvvəlcədən yazıldığı bildirilir" , - xəbərdə qeyd olunub.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə (intihara cəhdə gətirib çıxarma) istintaq aparır.