Patrul polisi boğazından bıçaqlanıb - VİDEO
06.10.2025 00:34
1449
Kriminal
A
Patrul polisi boğazından bıçaqlanıb - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 34 yaşlı M.G.-ni Tbilisidə, Ketevan Dedoplis prospektində patrul polis əməkdaşını boğaz nahiyəsindən bıçaqladığına görə saxlayıb.

Aktual.ge xəbər verir ki, DİN-in məlumatına görə, yaralı polis əməkdaşına lazımi tibbi yardım göstərilir və onun həyati təhlükəsi yoxdur.

Polis hadisə zamanı istifadə olunan cinayət alətini, bıçağı maddi sübut kimi götürüb.

"İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin ikinci bəndi ilə aparılır ki, bu da 11 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları, 1991-ci il təvəllüdlü M.G.-ni xidməti fəaliyyətlə əlaqədar polis əməkdaşının sağlamlığına qəsd etməkdə ittiham olunaraq saxlayıblar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə, Ketevan Dedoplis prospektində xidməti vəzifəsini yerinə yetirən patrul-inspektor, 1993-cü il təvəllüdlü polis kapitanı B.B.-ni soyuq silahla boğaz nahiyəsindən bıçaqlayıb. Yaralı polis xəstəxanaya yerləşdirilib və ona lazımi tibbi yardım göstərilir. Onun həyati təhlükəsi yoxdur.

Polis M.G.-ni hadisə yerində 'isti izlərlə' saxlayıb" , – məlumatda deyilir.

ŞƏRH YAZ
3