Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə baş vermiş cinayət hadisələri ilə əlaqədar 13 nəfəri saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə məlumat verib.
Onun sözlərinə görə, daha iki nəfər müəyyən olunub və hazırda gizlənir. Polis onların yerini müəyyənləşdirmək və saxlamaq üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentində oktyabrın 4-də Tbilisidə baş vermiş hadisələrlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 317-ci, 222-ci, 225-ci və 187-ci maddələri üzrə istintaq aparılır.
"İlkin istintaq nəticəsində hüquq-mühafizə orqanları cinayətdə iştirak etmiş 15 nəfəri müəyyən edib. Onlardan 13-ü məhkəmənin qərarı ilə saxlanılıb. Saxlanılan şəxslərin adları belədir: T.M., A.N., D.J., B.M., A.G., E.Ş., G.R., V.F., D.S., M.M., A.X., K.M. və S.M" , - nazir müavini bildirib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, istintaq cinayətdə iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və onların qanun qarşısında məsuliyyətə cəlb edilməsi istiqamətində davam etdirilir.