Qldani həbsxanasının keçmiş direktoru ölü tapılıb
08.10.2025 10:57
692
Kriminal
A
Qldani həbsxanasının keçmiş direktoru ölü tapılıb

Qldani penitensiar müəssisəsinin keçmiş direktoru David Qoqoberişvili ölü halda tapılıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı “Interpressnews” yayıb.

Mövcud məlumata görə, Qoqoberişvili qarajda ölü vəziyyətdə aşkarlanıb, onun odlu silahdan güllə yarası aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi “intihara cəlbetmə” maddəsi üzrə istintaq aparılır.

Qeyd edək ki, David Qoqoberişvili və onun müavini bir neçə ay əvvəl vəzifələrini tərk etmişdilər. Hadisə, “Tanınvestisiya Fondu”nun keçmiş rəhbəri, məhkum Giorgi Baçiashvili ilə penitensiar müəssisədə baş verən qarşıdurma ilə əlaqələndirilir.

ŞƏRH YAZ
4