Qızılhacılıda ardıcıl oğurluqlar | Daha bir ev qarət edilib
11.10.2025 13:17
1592
Kriminal
A
Qızılhacılıda ardıcıl oğurluqlar | Daha bir ev qarət edilib

Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində oğurluq hadisəsi baş verib.

Aktual.ge-nin verdiyi xəbərə görə, hadisə 10 oktyabr tarixində günün ikinci yarısında qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər ailənin evdə olmamasından istifadə edərək pəncərədən içəri daxil olublar və evdən təxminən 5000 lari pul aparıblar.

Aktual.ge-nin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü bəndi — “Oğurluq” əlamətləri üzrə istintaqa başlanılıb.

Məlumat üçün bildirək ki, həmin maddə dörd ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. 

Qeyd edək ki, son bir ay ərzində Qızılhacılı kəndində artıq üçüncü dəfə oğurluq hadisəsi qeydə alınıb. Belə ki, 13 sentyabr tarixində kənddəki “Ay Market”, 27 sentyabr və 10 oktyabr tarixlərində isə fərdi yaşayış evləri qarət olunub.

ŞƏRH YAZ
16