Baş nazir İrakli Kobaxidze Prezident sarayının hasarının dağılması ilə bağlı iddialara münasibət bildirərək deyib ki, hasar normal vəziyyətdə olub və bunu yoxlamaq üçün sadəcə ekspertiza aparmaq kifayətdir.
Aktual.ge xəbər verir ki, Baş nazirin sözlərinə görə, eyni sayda insan istənilən oxşar metal hasara toxunsa, onun da dağılması mümkündür.
Kobaxidze jurnalistlərin suallarını cavablandırarkən bildirib:
“Mən sizə məsləhət görürəm ki, bu absurdu dayandırın. Hasar adi vəziyyətdə idi. Eyni sayda insan istənilən dəmir darvazaya yaxınlaşsa, onu da dağıda bilər. Bu, sadəcə ekspertiza məsələsidir — burda müzakirə ediləcək heç nə yoxdur.”
Jurnalistin “Dörd saniyəyəmi?” sualına isə baş nazir belə cavab verib:
“Bəli, əlbəttə. Orada olanların sayı belə baryeri dağıtmaq üçün kifayət idi”.