Kateqoriyalar
Bəzi maliyyə və iqtisadi cinayətlərə görə məhkum olunmuş şəxslərə vurduqları zərəri tam ödəyənədək Gürcüstanı tərk etmək qadağan ediləcək.
Aktual.ge xəbər verir ki, “Gürcü Arzusu” tərəfindən hazırlanan yeni qanun layihəsinə əsasən, bu qadağa artıq yalnız məhkəmə hökmü ilə deyil, birbaşa tətbiq oluna biləcək.
Zərəri ödəməyən məhkumlara elektron bilərzik taxmaq, həmçinin yaşayış minimumunun ikiqatından artıq pul saxlamaq və əmlak əldə etmək qadağan olunur. Belə şəxslərə pul və ya əmlak ötürmək ayrıca cinayət sayılacaq və beş ilədək həbs cəzası nəzərdə tutulur.
Qanun layihəsini “Gürcü Arzusu” fraksiyasının üzvləri parlamentə təcili qaydada təqdim ediblər.