Finlandiya XİN rəhbəri, ATƏT-in sədri Tbilisidə aksiyaçıları ziyarət edib
14.10.2025 23:41
268
Siyasət
A
Finlandiya XİN rəhbəri, ATƏT-in sədri Tbilisidə aksiyaçıları ziyarət edib

Parlamentin qarşısında davam 321-ci günündə də davam edən etiraz aksiyasına ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen gəlib.

Aktual.ge İPN-a istinadən xəbər verir ki, Finlandiyanın xarici işlər naziri etiraz iştirakçıları ilə söhbət edib. Aksiya iştirakçılarının sözlərinə görə, ATƏT sədrinə etirazlarının mahiyyəti və planları barədə məlumat veriblər.

Valtonen mediaya açıqlama verməyib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen hazırda Gürcüstandadır. ATƏT-in məlumatına görə, səfər çərçivəsində Elina Valtonen hökumətin yüksək vəzifəli rəsmiləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.

Elina Valtonen artıq Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb və görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

ŞƏRH YAZ
3