Yeni Rikoti magistralının keçməsi 35 dəqiqə çəkəcək 
15.10.2025 09:24
897
Maraqlı
A
Yeni Rikoti magistralının keçməsi 35 dəqiqə çəkəcək 

Rikoti yeni magistralının keçilməsi 1 saat 20 dəqiqə əvəzinə 35 dəqiqə çəkəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaydığı məlumatda bildirilir.

“Misilsiz, əsrin layihəsi başa çatmaq üzrədir. Şərq–Qərb beynəlxalq magistralının ən çətin hissəsi – Rikoti sürətli yolu dörd hissədə inşa olunur. Hazırda avtomobil nəqliyyatı üçün Xevi–Ubisa, Ubisa–Şorapani və Şorapani–Arqveta arasındakı 4 zolaqlı hissələr tam açılıb. Bundan əlavə, nəqliyyat artıq Çumateləti–Xevi 11 kilometrlik hissənin 7 kilometri üzrə hərəkət edir. Ümumilikdə, avtomobil nəqliyyatı artıq Rikoti magistralının 96%-indən istifadə edir” , - məlumatda qeyd olunub.

Sənəddə qeyd olunub ki, magistral bütün yaxın yaşayış məntəqələrini kənardan dolanır.

“Rikoti magistralı bütün yaxın yaşayış məntəqələrini, o cümlədən Zestafoni şəhərini yan keçərək, tranzit nəqliyyat axınından azad edir. Bu, vaxtı azaldır – yeni magistralın keçilməsi 1 saat 20 dəqiqə əvəzinə 35 dəqiqə çəkəcək” , – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, Rikoti magistralının tikintisinə 52 km-lik yeni 4 zolaqlı yol, 51 tunel və 97 körpü daxildir. Hazırda avtomobil nəqliyyatı artıq 48 km-lik yeni yoldan (50 tunel və 91 körpü ilə) istifadə edir ki, bu da səyahət məsafəsini 8 km azaldır və hərəkət vaxtını iki dəfə qısaldır.

Layihənin ümumi dəyəri təxminən 2,6 milyard lari təşkil edir və Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB), Dünya Bankı (WB) kreditləri və Gürcüstan dövlət büdcəsinin birgə maliyyələşdirilməsi hesabına həyata keçirilir.

ŞƏRH YAZ
4