Kateqoriyalar
Baş nazir İrakli Kobaxidze hazırda ölkədə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə görüşünü ləğv edib.
Aktual.ge xəbər verir ki, bu barədə ölkə hökumətinin bəyanatında deyilir.
"Bu qərar Elina Valtonenin qanunsuz mitinqdə iştirakı və yalan bəyanatlar yayması ilə əlaqədar qəbul edilib", - məlumatda qeyd olunur.
Dünən Elina Valtonen Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etirazçılarla görüşüb.