Çörək bahalaşıb? - Assosiyasiya rəhbərinin açıqlaması
15.10.2025 11:17
390
Siyasət
A
Çörək bahalaşıb? - Assosiyasiya rəhbərinin açıqlaması

Çörəyin 10 tetri bahalaşmasının səbəbi unun qiymətinin və istehsal müəssisələrində əməkhaqlarının artmasıdır.

Aktual.ge xəbər verir ki, bu sözləri Çörək istehsalçıları assosiasiyasının rəhbəri Malkhaz Dolidze deyib.

“Qiymətləri yalnız iki müəssisə, o da bir növ məhsul üzrə tənzimləyib. Söhbət 10 tetri fərqindən gedir və bu 10 tetridən  təxminən 7 tetri istehsalçıya qalır. Məsələ bundadır ki, bu il unun qiyməti xeyli artıb. Əgər ötən ilin eyni dövrü ilə müqayisə etsək, o vaxt bir kisə unun orta qiyməti 52 lari idi, indi isə təxminən 60 laridir. Bundan əlavə, işçilərin əməkhaqqı da artıb. İnsanlar iqtisadi vəziyyətin yaxşılaşdığını görür və çörəkbişirənlər də bu iqtisadi rifahdan pay istəyirlər — deyirlər ki, maaşımızı artırın, iş şəraitini yaxşılaşdırın. Bütün bu amillər istehsalçılara qiymət dəyişikliyi üçün əsas verir.

Elə hallar da olub ki, unun qiyməti azalıb və çörəyin qiyməti də aşağı düşüb. Ona görə də istəyirəm, əhali bu vəziyyəti anlayışla qarşılasın, çünki hazırda Gürcüstanda, xüsusilə kütləvi çeşidlər üzrə, çörəyin qiyməti sabitdir. Başa düşürəm, hər qəpik insan üçün önəmlidir, amma bu artım istehsal üçün zəruri olan səbəblərdən qaynaqlanır.

Çörəyin qiyməti digər məhsullarla müqayisədə ən sabit qiymətə malikdir. Belə müqayisə üçün üzr istəyirəm, amma bir butulka su 1,8 lariyə, çörək isə 1,2–1,3 lariyə başa gəlir. Belə vəziyyətdə 5 tetri artımdan danışmaq bir qədər yersizdir,” – deyə Malkhaz Dolidze bildirib.

Onun sözlərinə görə, Tbilisidə gündəlik çörək istehlakı 400 tonadək, ölkə miqyasında isə illik 700 min ton təşkil edir.

ŞƏRH YAZ
10