Rəsmi Moskva: Rusiyanın Gürcüstana kompensasiya ödəməsi ilə bağlı qərar icra edilməyəcək
15.10.2025 16:09
826
Dünya
A
Rəsmi Moskva: Rusiyanın Gürcüstana kompensasiya ödəməsi ilə bağlı qərar icra edilməyəcək

Rusiya Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2008-ci il hadisələri ilə bağlı Gürcüstana kompensasiya ödənilməsi barədə qərarını yerinə yetirməyəcək.

Aktual.ge Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

"Bu, ayrıca bir mövzudur. Biz qərarı icra etməyəcəyik", - o bildirib.

Qeyd edək ki, ötən gün AİHM Gürcüstanın Rusiyaya qarşı dövlət iddiasını təmin edib. Qərara əsasən, Rusiya Gürcüstana 253 milyon avrodan çox təzminat ödəməlidir.

ŞƏRH YAZ
3