Son üç ay ərzində 822 icazəsiz yaşayan şəxs Avropa İttifaqı ölkələrindən Gürcüstana geri göndərilib
15.10.2025 16:50
332
Siyasət
A
Son üç ay ərzində 822 icazəsiz yaşayan şəxs Avropa İttifaqı ölkələrindən Gürcüstana geri göndərilib

2025-ci ilin son üç ayı iyul, avqust və sentyabr aylarında  readmissiya çərçivəsində Avropa İttifaqı ölkələrindən Gürcüstana 822 nəfərin qayıdışına razılıq verilib.

Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin statistik məlumatlarına görə, həmin dövrdə ümumilikdə 825 readmissiya müraciəti araşdırılıb və onlardan cəmi 3-nə imtina cavabı verilib.

Ən çox qərar Almaniyada qəbul edilib — 482 Gürcüstan vətəndaşının geri qaytarılması ilə bağlı. Ardınca Fransa (81 nəfər), İrlandiya (64), İsveçrə (39), Polşa (32), İtaliya (25) və Böyük Britaniya (12) gəlir.

Ümumilikdə, 2025-ci ilin yanvar–sentyabr aylarında Aİ ölkələrindən 2 673 icazəsiz yaşayan Gürcüstan vətəndaşı geri göndərilib. Onlardan 1 143-ü birinci rübdə, 708-i isə ikinci rübdə ölkəyə qaytarılıb.

2024-cü ilin yekun məlumatına əsasən, ötən il readmissiya çərçivəsində ümumilikdə 4 171 Gürcüstan vətəndaşı geri göndərilib.

Xatırladaq ki, Gürcüstan və Avropa İttifaqı arasında “icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş 2011-ci il martın 1-də qüvvəyə minib. Saziş Avropa İttifaqı ərazisində qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşlarının ölkəyə qaytarılmasını nəzərdə tutur. Həmçinin, müəyyən olunmuş şərtlərlə üçüncü ölkə vətəndaşlarının da Gürcüstana geri qaytarılması mümkündür. Readmissiya və tranzitlə bağlı bütün nəqliyyat xərclərini, son təyinat ölkəsinin sərhədinə qədər, müraciət edən dövlət qarşılayır.

ŞƏRH YAZ
5