Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında Tbilisi meri və şəhər məclisi (Sakrebulo) seçkilərinin nəticələrini yekunlaşdırıb.
MSK-nın nəticələrə əsasən, Tbilisi şəhərinin meri “Gürcü Arzusu” partiyasının namizədi Kaxa Kaladze seçilib. O, 215 min 363 seçicinin səsini, yəni 71,627%-ni qazanıb.
Bildirilib ki, Tbilisi meri seçkilərində ümumilikdə 324 min 798 seçici iştirak edib.
“MSK bu gün keçirilən iclasında həmçinin 2025-ci il 4 oktyabr tarixində proporsional sistemlə keçirilmiş Tbilisi Şəhər Məclisi seçkilərinin nəticələrini də yekunlaşdırdı. Yekun protokola əsasən, seçkilərdə iştirak edən seçicilərin sayı 325 min 061 nəfər olub. Tbilisi Şəhər Məclisində mandatlar aşağıdakı kimi bölüşdürülüb: ‘Gürcüstan üçün Mühafizəkarlar’ – 1 mandat, ‘Güclü Gürcüstan–Lelo’ – 2 mandat, ‘Girçi’ – 2 mandat, ‘Gürcü Arzusu’ – 20 mandat. Majoritar sistem üzrə keçirilən seçkilərdə isə Tbilisi Şəhər Məclisindəki 25 mandatın hamısını ‘Gürcü Arzusu’ qazanıb" , - məlumatda deyilir.
MSK-nın sədri bu gün keçirilən qeyd edib ki, seçkilər Gürcüstan qanunvericiliyinə uyğun şəkildə, şəffaflıq, açıqlıq və yüksək peşəkarlıq standartlarına tam əməl olunmaqla həyata keçirilmiş ən genişmiqyaslı və kompleks proseslərdən biri olub.