Parlament nümayişlərə nəzarəti sərtləşdirən qanunvericilik paketini ilk oxunuşda qəbul edib
15.10.2025 17:41
254
Siyasət
A
Parlament nümayişlərə nəzarəti sərtləşdirən qanunvericilik paketini ilk oxunuşda qəbul edib

Gürcüstan parlamenti toplantı və nümayişlərə nəzarəti sərtləşdirən qanunvericilik paketi layihəsini birinci oxunuşda qəbul edib.

Aktual.ge xəbər verir ki, layihəyə Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi üzrə dəyişikliklər daxildir.

Məlumata görə, dəyişikliklərə əsasən, mitinq iştirakçısının üzünü maska ilə örtməsi, gözyaşardıcı qaz və ya zəhərli maddələr daşıması, yolu bağlaması və ya müvəqqəti tikili ucaltması kimi hallarda ilkin instansiyada 15 sutkaya qədər inzibati həbs, tədbirin təşkilatçısı olduqda isə 2 sutkaya qədər inzibati həbs tətbiq olunacaq.

Daxili İşlər Nazirliyinin tələb etdiyi halda xitam verilməli olan toplantıda iştirak birinci dəfə törədildikdə 60 sutkaya qədər inzibati həbs, silah, pirotexniki vasitə və ya insan sağlamlığına təhlükə yaradan əşyaya malik şəxslərə də 60 sutkaya qədər inzibati həbs tətbiq ediləcək. Təkrar qadağan olunmuş hərəkətlər bir ilədək, üçüncü və sonrakı hallarda isə iki ilədək cinayət məsuliyyətinə səbəb olacaq.

Bundan başqa, Cinayət Məcəlləsinə hüquq-mühafizə orqanı əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni əmrinə tabe olmayan şəxslərin məsuliyyətinə dair yeni maddə əlavə edilir.

Qanunvericilik paketinin müəllifləri və təşəbbüskarları "Gürcü Arzusu" partiyasının deputatlarıdır. Qanun layihəsinin ikinci və üçüncü oxunuşlarının müzakirəsi oktyabrın 16-da keçiriləcək plenar iclasda planlaşdırılır.

ŞƏRH YAZ
11