Tbilisi metrosunda sərnişin vəfat edib
15.10.2025 18:58
865
Hadisə
A
Tbilisi metrosunda sərnişin vəfat edib

Tbilisi metrosunda sərnişin vəfat edib.

Aktual.ge xəbər verir ki, “Samqori” stansiyasında metro sərnişini vəfat edib. Hadisə nəticəsində metronun birinci xətti (Ahmeteli–Varketili) məhdudiyyətlə fəaliyyət göstərir.

Qatarlar yalnız “300 Aragveli” stansiyasından “Ahmeteli Teatrı” stansiyasına qədər və geri hərəkət edir. “Varketili”, “Samqori” və “Isani” stansiyaları sərnişin qəbul etmir.

Tbilisi Nəqliyyat Şirkətinin məlumatına görə, metro hərəkəti hüquq-mühafizə orqanlarının işini başa çatdırmasından sonra tam bərpa olunacaq

ŞƏRH YAZ
12