Kateqoriyalar
"Türkiyə qəzaya uğramış hərbi yük təyyarəsinin qalıqlarının tapılmasında Gürcüstanla koordinasiyalı şəkildə işləyirik".
Aktual.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Azərbaycandan ölkəmizə gəlməkdə olan hərbi təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində düşdüyünü böyük kədər ilə öyrəndik. Qalıqlara çatmaq üçün işlər ölkə hakimiyyətləri ilə koordinasiyalı şəkildə davam edir. İnşallah bu qəza minimum itkilərlə başa çatacaq. Allah şəhidlərimizə rəhmət eləsin” , - Türkiyə lideri qeyd edib.
Qeyd edək ki, 11 noyabr tarixində Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi bələdiyyəsindən 5 km aralıqda Türkiyə Hava Qüvvətlərinə aid C130 karqo təyyarəsi qəzaya uğrayıb.