Kateqoriyalar
Gürcüstan Parlamentinin üzvü Savalan Mirzəyev Türkiyə xalqına və dövlətinə baş sağlığı verib.
Aktual.ge xəbər verir ki, millət vəkilinin sosial şəbəkədə paylaşdığı baş sağlığı mesajında deyilir:
"Türkiyə Respublikasının Gürcüstan ərazisində baş vermiş hərbi yük təyyarəsi qəzası nəticəsində 20 hərbi qulluqçunun şəhid olması xəbəri bizi dərin üzüntü və kədər hissi ilə sarsıtdı.
Bu ağır itki ilə əlaqədar olaraq, qardaş Türkiyə Respublikasının xalqına və dövlətinə, eləcə də əziz şəhidlərin ailələrinə səmimi başsağlığı bildirir, onlara səbir və dözüm arzulayıram.
Türkiyə ilə Gürcüstanı birləşdirən dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri bu çətin zamanda da öz sarsılmazlığını bir daha nümayiş etdirir".