Qardabanidə arvadını şəxsi görüntülərlə hədələyən kişi saxlanılıb - VİDEO
13.11.2025 11:14
447
Siyasət
A
Qardabanidə arvadını şəxsi görüntülərlə hədələyən kişi saxlanılıb - VİDEO

Qardabanidə ailə zorakılığı ittihamı ilə 1975-ci il təvəllüdlü R.B. saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cinayətə görə 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaqla müəyyən edilib ki, R.B. ailə münaqişəsi zamanı həyat yoldaşı — 1990-cı il təvəllüdlü S.K.-ya fiziki zorakılıq göstərib və onun şəxsi həyatını əks etdirən görüntüləri yaymaqla hədələyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları R.B.-ni hadisədən dərhal sonra saxlayıblar.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prim maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə istintaq aparılır.

ŞƏRH YAZ
3