Gürcüstan ərazisində sonuncu şəhidin nəşi tapılıb
13.11.2025 12:27
799
Hadisə
A
Gürcüstan ərazisində sonuncu şəhidin nəşi tapılıb

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin şəhid olan 20-ci hərbçinin nəşi tapılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarədəki heyətin bütün üzvləri (20 nəfər) şəhid olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb.

ŞƏRH YAZ
0