Rusiya vətəndaşına qarşı zorakılıq və quldurluq | İki nəfər saxlanılıb
13.11.2025 12:41
649
Siyasət
A
 Rusiya vətəndaşına qarşı zorakılıq və quldurluq | İki nəfər saxlanılıb

Kabuletidə 15 yaşlı yeniyetməyə qarşı qrup halında zorakılıq və quldurluq törətməkdə ittiham olunan iki nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun açıqlamasına görə, hadisə zamanı Rusiya Federasiyası vətəndaşı olan, 2010-cu il təvəllüdlü yeniyetmə zor tətbiq edilərək qarət olunub. Cinayətkarlar onun əl çantasını zorla alıblar, fiziki zorakılıq göstəriblər və bıçaqla bədən xəsarətləri yetiriblər.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1986 və 1990-cu il təvəllüdlü şəxslər hadisə zamanı yeniyetməyə hücum ediblər. Zərərçəkən müqavimət göstərərək çantasını geri almağa nail olsa da, təqsirləndirilənlər ona yenidən hücum ediblər. Nəticədə yeniyetmə bıçaq xəsarətləri alıb.

Hadisədən sonra şübhəlilər qaçıblar, lakin polis onların hər ikisini qısa müddətdə saxlayıb. Yaralı yeniyetmə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci prim hissəsi (zorakılıq) və 179-cu maddəsi (quldurluq) üzrə aparılır. Təqsirləndirilən şəxsləri 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

ŞƏRH YAZ
2