Həbsxanaya köçürülən Saakaşvilidən İLK AÇIQLAMA
13.11.2025 14:05
1220
Siyasət
A
Həbsxanaya köçürülən Saakaşvilidən İLK AÇIQLAMA

Gürcüstanın üçüncü prezidenti, klinika “Vivamed”dən həbsxanaya köçürüldükdən sonra ilk açıqlamasını verib.

Aktual.ge xəbər verir ki, onun Mixeil Saakaşvilinin bəyanatını onun vəkili yayıb.

Saakaşvilinin sözlərinə görə, onu məhz onu zəhərləyən şəxslər qarşılayıb və onun yenidən həbsxanaya qaytarılması həm Qərbə, həm də Ukraynaya göndərilən bir mesajdır.

Gürcüstanın üçüncü prezidenti qeyd edib ki, bu addımla Bidzina İvanişvili avropalılara və amerikalılara onun həyatının qorunacağı ilə bağlı vədinin artıq qüvvədə olmadığını çatdırır.

“İvanişvili hər səhər ‘bu gün kimə nə pislik edə bilərəm’ düşüncəsi ilə oyanır və bu dəfə məni dünən yenidən zindana qaytardı. Əlbəttə, xəbərdarlıq etmədən məni Rustavi həbsxanasına köçürdülər. Orada məni 2022-ci ilin martında zəhərləyən eyni adamlar qarşıladı. O vaxt möcüzə nəticəsində ölümdən qurtuldum, amma həmin zəhərlənmənin simptomları bu günə qədər qalır. Həyatım uğrunda mübarizə aparan 'Vivamed' həkimlərinə təşəkkür edirəm.

Bu qədər məhbus və faciə içində mən özüm üçün heç bir xüsusi rəğbət tələb etmirəm.

Bəs məni niyə məhz indi cəlladların yanına qaytardılar? – Birincisi, çoxsaylı tərəfdarlarımı qorxutmaq istəyirlər. İkincisi, bu, Qərbə və Ukraynaya göndərilən konkret bir mesajdır, çünki mən hələ də Zelenskinin İslahatlar Şurasının sədri kimi siyahıdayam.

Məsələ ondadır ki, İvanişvili vaxtilə mənim həyatımın qorunmasına dair öhdəlik götürmüşdü, indi isə bu addımla avropalılara və amerikalılara bildirir ki, bu vəd, digər bütün vədləri kimi, artıq qüvvədə deyil. Əminəm ki, bütün bunlar Moskva ilə razılaşdırılıb. Məsələ ondadır ki, mən dünya üçün postsovet məkanında ən uğurlu islahatların, eləcə də Gürcüstanın azadlığı və dövlətçiliyinin rəmziyəm. Gürcüstanın azadlığı və müstəqilliyi məhv edilir və mən də bununla birlikdə məhv ediləm.

Bu gün insanlara bir daha demək istəyirəm: heç bir halda təslim olmayın və mübarizə aparın, çünki bizim qələbəmiz qaçılmazdır.

Yaşasın azadlıq!” , - deyə Mixeil Saakaşvilinin açıqlamasını vəkili oxuyub.

Qeyd edək ki, dünən Xüsusi Penitensiar Xidmət Mixeil Saakaşvilinin həbsxanaya köçürüldüyünü bildirib.

ŞƏRH YAZ
1