Dövlət Mühafizə Xidmətinə qəbul üçün hərbi xidmət tələbi ləğv oluna bilər
13.11.2025 18:47
1287
Maraqlı
A
Dövlət Mühafizə Xidmətinə qəbul üçün hərbi xidmət tələbi ləğv oluna bilər

Gürcüstan hökuməti Dövlət Mühafizə Xidmətinə (DMSX) qəbul qaydalarına dəyişiklik nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. 

Aktual.ge xəbər verir ki, layihəyə əsasən, xidmətə qəbul olunmaq üçün artıq hərbi mükəlləfiyyətin yerinə yetirilməsi məcburi tələb sayılmayacaq.

Hazırda qüvvədə olan “Dövlət Mühafizə Xidməti haqqında” qanuna görə, xidmətin həm kontrakt əsasında çalışan peşəkar əməkdaşları, həm də kadr heyətinə daxil olan şəxslər mütləq şəkildə hərbi və ya çağırışçıların milli hərbi xidmətini keçmiş olmalıdırlar. Bu tələbi yerinə yetirməyən, yaxud hərbi xidmətdən azad olunan şəxslərin xidmətə qəbuluna isə qanun icazə vermir.

Hökumət bu məhdudiyyəti vətəndaşların əmək hüquqlarının pozulması kimi qiymətləndirir. Rəsmi izahda qeyd olunur ki, mövcud norma Dövlət Mühafizə Xidmətinin peşəkar və rəqabətqabiliyyətli kadrlarla komplektləşdirilməsini məhdudlaşdırır və xidmətin ictimai maraqlarına zərər vurur.
Yeni qanun layihəsi bu tələbi aradan qaldırmağı nəzərdə tutur. Dəyişiklik qəbul edildiyi halda, Dövlət Mühafizə Xidmətinin istər kontrakt əsasında çalışan peşəkar heyətinə, istərsə də kadr xidmətinə qəbul üçün hərbi xidmət keçmiş olmaq artıq zəruri şərt sayılmayacaq.

ŞƏRH YAZ
0