Marneulidə xanım Fatimə Zəhranın (s.ə) ehtimal olunan ikinci şəhadəti münasibətilə anım mərasimi keçirilib - FOTO
24.11.2025 00:08
745
Din
A
Marneulidə xanım Fatimə Zəhranın (s.ə) ehtimal olunan ikinci şəhadəti münasibətilə anım mərasimi keçirilib - FOTO

Marneuli Mərkəzi Hz. İmam Əli (ə) Məscidində Hz. Məhəmməd Peyğəmbərin (s) əziz qızı xanım Fatiməyi Zəhranın (s.ə) ehtimal olunan ikinci şəhadəti münasibətilə anım mərasimi keçirilib.

Aktual.ge xəbər verir ki, mərasim məddah Kərbəlayi Rza Cəfərinin müqəddəs Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə başlayıb.

Daha sonra məscidin axundu və imamcümə Hacı Hacıyev günün mənası və mahiyyəti barədə danışıb, ardınca isə söz imamcümə Dr. Hacı Seyid Mirismayıl Əsədova verilib.

Mirismayıl Əsədov çıxışında İslam Peyğəmbərinin (s) qızı xanım Fatimənin (s.ə) ömür yolundan, onun haqq uğrunda göstərdiyi möhkəm duruşdan və şəhadətinə aparan hadisələrin mahiyyətindən bəhs edib.

Məclis rozə və mərsiyyələrlə davam edib, ölkə və dünya müsəlmanları üçün dualar edildikdən sonra ehsan süfrəsi açılıb.

ŞƏRH YAZ
6