Kateqoriyalar
Yeni ilin gəlməsinə hələ üç həftə qalsa da, Marneuli bazarında qiymət artımı artıq hiss olunur. İnsanlar qoz-fındıq və ev quşlarını əvvəlcədən almağa üstünlük verirlər.
Aktual.ge xəbər verir ki, toyuq, hinduşka, ördək və qaz həm diri, həm də kəsilmiş formada satılır.
Qiymətlər belədir:
Hinduşka: 100–170 lari
Ördək: 65–75 lari
Qaz: 25–45 lari
Toyuq: 15 lari
Digər məhsullar da bahalaşıb: qoz 12 lari, fındıq 10 lari, həmçinin şirniyyatlar və meyvələr də qiymət artımına məruz qalıb.