Kateqoriyalar
Tbilisinin Nadzaladevi rayonunda ötən gecə baş verən ağır yol qəzası 35 yaşadək qadının həyatına son qoyub.
Aktual.ge xəbər verir ki, hadisə zamanı avtomobil əvvəlcə gənc qadını vurub. Onun qızına kömək etmək üçün yola çıxan anası da nəqliyyat vasitəsinin zərbəsinə tuş gəlib. Yaralı qadın xəstəxanaya çatdırılıb və vəziyyəti həkimlərin nəzarəti altındadır.
Qəza gecə saatlarında qeydə alınıb. Faktla bağlı istintaq başladılıb və hadisənin səbəbləri araşdırılır.