Gürcüstan Hökumətinin Administrasiyasında, Dini İşlər üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri arasında görüş keçirilib.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Dini İşlər üzrə Dövlət Agentliyi yayıb.
Məlumata görə, həmkar qurumun nümayəndələri iki ölkə arasında dini sahədə münasibətləri və gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
"Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze Azərbaycanda pravoslav kilsəsinin qeydiyyatı və gürcü kilsələrinin verilməsi məsələsini qaldırıb. Zaza Vaşaqmadze həmçinin Azərbaycanda yaşayan gürcülərin dini hüquqlarının qorunma vəziyyəti ilə maraqlanıb.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Zaza Vaşaqmadzeni səmimi qəbula görə təşəkkür edib və qarşılıqlı səfərlə Bakıya dəvət edib.
Görüşdə Azərbaycan Teoloji İnstitutunun rektoru Aqil Şirinov, Qafqaz Müsəlmanları Şurasının sədr müavini Salman Musayev, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, Dini Agentliyin hüquq xidmətinin rəhbəri Davit Davitaşvili, protokol meneceri Natia Qudadze və Strategiya, Təhlil və Regional İşlər Xidmətinin əməkdaşı Serqo Kereselidze iştirak ediblər", - məlumatda qeyd olunub.