Gürcüstanda avtomobillərin yarıdan çoxu 20 ildən artıq yaşı olan maşınlardır
12.12.2025 09:08
930
İqtisadiyyat
A
Gürcüstanda avtomobillərin yarıdan çoxu 20 ildən artıq yaşı olan maşınlardır

Gürcüstanda avtomobillərin 52%-i 20 ildən daha çox yaşı olan maşınlardır. 

Aktual.ge xəbər verir ki, bu barədə “TBC Capital”ın tədqiqatında qeyd olunub.

Həmin tədqiqata əsasən, avtoparkın 29%-i 11–20 il arası yaşa malik avtomobillərə, 11%-i 7–10 il aralığındakı maşınlara, 4%-i 4–6 il arası avtomobillərə düşür, 3 yaşadək avtomobillərin payı isə bazarın cəmi 3%-ni təşkil edir.

“Tədqiqatda həmçinin qeyd olunur ki, ilkin qeydiyyatlarda avtomobillərin orta yaşının azalması və pandemiyadan əvvəlki göstəricidən də aşağı düşməsi avtoparkın yenilənməsinə işarədir” , - qeyd olunub.

Daha dəqiq desək, 2025-ci ilin 3-cü rübünün göstəricilərinə görə, yüngül avtomobillərin ilkin qeydiyyatının 55%-i 6–10 yaş arası maşınlara düşür, 0–5 yaşlı avtomobillərin payı 28%-dir, 11 yaşdan yuxarı avtomobillərin payı isə 16% təşkil edir.

ŞƏRH YAZ
14