"Parlament hansı qanunu qəbul edirsə-etssin, “Lomjaria–Giqauri qrupu” adlandırdığı şəxslər və onların xarici himayədarları həmin qanunlara qarşı fəaliyyət planlaşdırırlar və buna imkan verilməyəcək."
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin çoğunluq lideri İrakli Kirçxalia “İmedi LIVE” proqramında çıxış edərək bildirib.
Verilişin aparıcısının sualına cavab olaraq, etirazçıların “Toplantı və nümayişlər haqqında” qanunu “drakon qanunu” adlandırması və bu məsələ ilə bağlı Strasburq Məhkəməsinə müraciət etməyi planlaşdırması barədə Kirçxalia bildirib:
“Buyursunlar, müraciət etsinlər, Strasburqun qərarını gözləyək. Bizim qanunvericiliyimizə daxil olan hər bir qanun çox ciddi mərhələlərdən keçir, beynəlxalq hüquqla müqayisə olunur. Bu, onların hüququdur ki, Strasburqa aparsınlar. Çox vaxt gurultulu bəyanatlar səsləndirirlər, amma sonra öz təbliğat mediası həmin bəyanatları belə silir. ‘Toplantı və nümayişlər haqqında’ qanun həm etirazçıların, həm də vətəndaşların maraqlarını qoruyur və burada düzgün balans saxlanılıb”.
Kirçxalianın sözlərinə görə, hazırda “300 nəfərlik maliyyələşdirilən qrupun” paytaxtda bir milyondan çox vətəndaşın hüquqlarını pozduğunu iddia edən faktlar görünür:
“Parlament hansı qanunu qəbul edir-etməsin, Lomjaria–Giqauri və bu 300 nəfərlik qrupun rəhbərləri öz xarici himayədarları ilə birlikdə toplanıb düşünürlər ki, həmin qanuna qarşı hansı addımı atsınlar. Buna imkan verməyəcəyik”.
Xatırladaq ki, parlament “Toplantı və nümayişlər haqqında” qanuna dəyişiklikləri ona əlavə olunan müşayiətedici layihələrlə birlikdə 10 dekabrda üçüncü oxunuşda qəbul edib.