Kateqoriyalar
Marneulidəki 4 saylı ictimai məktəbin ərazisində qanlı insident yaşanıb.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, şagirdlər arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.
Mövcud məlumata görə, 8-ci sinif şagirdi baş və boyun nahiyələrindən bıçaq xəsarətləri alıb.
Yeniyetmə hazırda Marneulidəki klinikalardan birinə yerləşdirilib və əməliyyat olunub. Son məlumata əsasən, onun vəziyyəti stabildir.
Aktual.ge xəbər portalının sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin “Sağlamlığa yüngül zərərin qəsdən vurulması”nı nəzərdə tutan 120-ci maddəsi üzrə istintaqa başlanılıb.