“QHT sistemi Şərqi Avropanın demokratik ölkələrində Qərbin yaratdığı ən böyük bəladır və bunun haqqında məhz Elon Mask danışır, o deyir ki, bu gün Avropanı QHT-lər idarə edir”.
Aktual.ge xəbər verir ki, bunu Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə müsahibəsində söyləyib.
"SpaceX"in qurucusu Elon Maskın sözlərinə istinad edən Şalva Papuaşvilinin sözlərinə görə, QHT-lər vasitəsilə xalqı əvəzləmək cəhdi sonda ABŞ tərəfindən ifşa olunub.
“Bu, ən böyük bəladır. Çünki məqsəd cəmiyyəti onların nəzarətində olan, onların maraqlarını həyata keçirən kiçik lobbiçi qruplarla əvəzləmək idi. Elon Mask da məhz bunu deyir: bu gün Avropanı QHT-lər idarə edir. Kiçik elit qruplar, maraq qrupları Avropanı idarə edirlər. Biz bu barədə çoxdan danışırdıq və vacibdir ki, bu səs bu gün Amerikadan gəldi. Bir daha demək lazımdır ki, illər ərzində aparılan və xalqı QHT-lərlə əvəzləmək istəyən əməliyyat sonda ABŞ tərəfindən ifşa olundu. O cümlədən USAID-in maliyyələşdirdiyi proqramlar, bütün bu maliyyələşdirmə məhz buna görə dayandırıldı, çünki sübut olundu ki, bunlar başqa ölkənin maraqlarına xidmət edən, cəmiyyətin əleyhinə olan fəaliyyətlər idi. Elon Maskın dediyi də məhz budur: QHT sistemi Qərbin yaratdığı ən böyük bəladır” , - deyə spiker qeyd edib.
Xatırladaq ki, İlon Mask demişdi ki, “Qeyri-hökumət təşkilatlarının bürokratiyası Avropanı idarə edir və bu, əhalidən demokratiyanı alır”.