13.12.2025 17:02
566
Siyasət
A
"Rusiyasız nə Ukrayna müharibəsi bitəcək, nə də bizim ərazilər azad olunacaq" | Samxaradze

“Gürcü Arzusu” partiyasının regional katibi Dimitri Samxaradze Baş nazir İrakli Kobaxidzenin Türkmənistan səfəri ilə bağlı yaranan müzakirələrə sərt reaksiyası ilə cavab verib.

Aktual.ge xəbər verir ki, o bildirib ki, səfəri tənqid edənlərin əsas qorxusu ölkənin yenidən birləşməsi ehtimalıdır. 

Onun sözlərinə görə, Gürcüstanın qonşusu Rusiya olduğu halda bu fakta etiraz etməyənlər, Baş nazirin beynəlxalq tədbirdə regional liderlərlə birgə görüntülənməsini süni narazılığa çevirirlər.

“Bunlar nə vaxt etiraz edəcəklər ki, Gürcüstanın sərhədləşdiyi ölkə Rusiyadır? Rusiyanın Gürcüstandan uzağa köçürülməsini tələb etsinlər. Axmaqlar, regionun liderləri tədbirdə iştirak edirdilər, fotoda yadplanetlilər olmalı idi? Reallıq nədir bilirsiniz? Bunların qorxusu var – qorxuları budur ki, bəlkə kimsə kiminləsə görüşər və Gürcüstan birləşər” , - deyə o, qeyd edib.

O əlavə edib ki, tənqidçilər anlayırlar, necə ki, Ukrayna müharibəsinin Rusiyasız bitməsi mümkün deyil, eləcə də Gürcüstanın işğal altında olan ərazilərinin deokupasiyası Rusiyasız həyata keçirilə bilməz.

“Qorxuları budur, bəlkə Rusiya razılaşar və hər iki işğal olunmuş ərazi, Abxaziya və Cənubi Osetiya, Gürcüstana sülh yolu ilə qaytarılar. O zaman Ukrayna müharibəsini bəhanə edib Gürcüstanda müharibə yaratmaq, uzun illərdir formalaşmış agentura müxalifətini qorumaq mümkün olmayacaq. Bilirlər ki, Rusiyasız nə Ukrayna müharibəsi bitəcək, nə də bizim ərazilər azad olunacaq. Bəli, qorxun! Abxaziya və Samaçablo Gürcüstandır və biz tezliklə bir-birimizi geri qaytaracağıq" , - deyə Dimitri Samxaradze qeyd edib.

ŞƏRH YAZ
12