"Cənab Putinlə çox məhsuldar, hərtərəfli və dərin məzmunlu görüşümüz oldu. Mən konkret olaraq bildirdim ki, onu istənilən vaxt gözləyirəm. Biz də mümkün qədər tez görüşmək zərurətini müzakirə etdik. O, 'Mən sözümü tutacağam' dedi. Ümid edirəm ki, bu səfər tezliklə baş tutacaq".
Aktual.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Rusiya ilə Türkiyə arasında münasibətlər birgünlük maraqlara dayanmır. Əlaqələrimiz köklü tarixə, möhkəm diplomatik təmələ və qarşılıqlı etimada əsaslanır. Biz əsasən müharibə və sülh səylərini müzakirə etdik. Türkiyənin bu məsələdə hansı mövqedə dayandığını bütün aktorlar kimi, cənab Putin də çox yaxşı bilir. Biz hesab edirik ki, müharibə [Rusiya-Ukrayna müharibəsi] çoxdan bitməli idi və bunu həmişə açıq şəkildə demişik”, - Türkiyə Prezidenti Prezidenti əlavə edib.